Seylan Abbas - Şeirlər
Kanal15.az saytı şairə Seylan Abbasın vətənpərvərlik, sülh, təbiət və uşaq dünyasını tərənnüm edən yeni şeirlər toplusunu oxucuların ixtiyarına verir. Təqdim olunan şeirlərdə Xocalı faciəsinin ağrı-acısından zəfər qazanan hərbçilərimizin şücaətinə, sülh çağırışlarından mənəvi-əxlaqi mövzulara qədər geniş mövzular əksini tapıb.
Xocalı soyqırımı
Xalqım dəhşətli gecə
Yaşadı Xocalıda,
O gecə insanları
Atdılar yanar oda.
O, gecə düşmənlərin
Yırtıldı maskaları ,
Soyqırım eyləyərək
Qırdılar insanları .
Günahsız ,məsum canlar
Tanklar altda qaldılar,
Sağ qalanları isə,
Qorxunc hala saldılar .
Həmin gecə dünya da,
Donmuşdu qorxusundan.
Erməni məst olmuşdu,
Axan qan qoxusundan .
Yüksəlirdi göylərə
İnsanların ah-vayı,
Yox idi doğrananın,
Tikələnənin sayı.
Diri- diri soyuldu
İnsanların üzləri.
Xəncər ilə ovuldu
Amansızca gözləri .
Hər tərəfə doğranmış
Əzaları səpdilər,
Qanlı büsatlarının
Şəklini də çəkdilər .
O gecə Xocalıda
Torpaq sancı çəkirdi,
Zalım düşmən torpağa
Qan toxumu əkirdi .
İnsanlığın o gecə,
Kəsilmişdi nəfəsi
Dəhşətə gətirərdi,
Orda olan hər kəsi.
Qoca dünya eşitsin
Xocalının haqq səsin,
Xocalıda soyqırım
Olubdur cahan desin .
Müharibə olmasın
Üz tuturuq dünyanın
Bütün insanlarına,
Üz tuturuq dünyanın
Başda duranlarına.
Deyirik uca səslə
Müharibə olmasın.
Dünyadakı uşaqlar,
Gözü yaşlı qalmasın.
Uşaqlıq ömrümüzü
Yaşamaq istəyirik,
Biz dünyamızı xoşbəxt
Yaşatmaq istəyirik .
Qan - qada ,yanğın ,alov
Olmasın dünyamızda ,
Xoş günləri görməyək
Biz ancaq röyamızda .
Biz uşaqlar istərik
Kainat sakit olsun,
Sevinc, şadlıq səsləri
Axıb qəlblərə dolsun .
Analar - atalarla
Rahat,xoş ömür sürək,
Uşaqlıq dünyamızı
Rəngarəng,gözəl görək.
Almasın ölüm, bəla
Bu cahanın üstünü,
Görməyək ölüm saçan ,
Od - alovlu tüstünü .
Uçsun ağ göyərçinlər
Aydın, nurlu səmada
Sülh daim hakim olsun,
Bizim qoca dünyada .
Dələ
Çox sevirəm dələni
Bu quyruğu şələni ,
Qapqara gözləri var
Xırdaca dizləri var
Ağacların qoynunda
Dayanmadan sürüşər ,
Bol çərəzi görəndə
Tez yeməyə girişər .
Ağaclar koğuşunda o, isti yuva qurar ,
Yuvadan tez tez çıxıb hey meşəyə baş vurar .
Yumşaqdır ,zolaqlıdır parlaq zərif dərisi ,
Surətlidir ,rəvandır onun iti yerişi .
Hərbiçi atam
Atamın sinəsini bəzər
Orden - medalı ,
Döyüşlərdə keçmişdir
Ömrü qanlı - qadalı .
Düşmənlərlə vuruşmuş cəsur atam qorxmadan
Getmiş ancaq irəli o ,
Arxaya baxmadan .
Almış Zəfər bayrağın
Döyüşlərdə hünərlə
Bacarmamış düşmənlər atam kimi
Ərənlə .
Neçə güllə yarası döyüş yadigarıdır
Söyləyirki , qələbə
Onun dövlət varıdır
Qanqal və lalə
Qanqal laləyə, xitab eylədi ,
Ona acıqla belə söylədi :
Bilmirəm səni nədən sevirlər ?
Şəninə nəğmə , şeir deyirlər ?
Nazla dərərək, əldə tutarlar
Sanki murada sənlə çatarlar .
Qəddi - qamətim şuxdur ,ucadır
Yaşım yaşından çox-çox qocadır .
Yalı-yamacda özüm bitərəm ,
Yol qırağında tikan ,çəpərəm.
Nədən heç sığal çəkməzlər mənə
Gələnlər hər kəs üz tutar sənə .
Lalə söylədi tikanlı qanqal
Hər vaxt səndə var acıqlı bir hal .
Yaxın gələni tikanın didir ,
Hər kəsi hər an peşiman edir .
Yarpaqlarına tikan düzmüsən ,
Dostlardan bunçun uzaq düşmüsən .
Başındakı tac bənzər kirpiyə ,
Kim səni sevər çiçək, gül deyə ?.
Əvvəl özünə bir nəzər yetir ,
İti tikanı üstündən itir,
Mehriban olsan səni sevərlər,
Sənə də şirin sözlər deyərlər .