Bessent Tramp və Si Cinpinin danışıqları ərəfəsində Çinin Baş nazirinin müavini ilə görüşəcək
BŞ-nin maliyyə naziri Skott Bessent bu həftəsonu, ABŞ və Çin prezidentləri Donald Tramp və Si Cinpinin gələn həftəki görüşündən əvvəl Çinin Baş nazirinin müavini He Lifenlə görüşəcək.
Bu barədə Bessent dinləmələr zamanı bildirib.
Onun sözlərinə görə, Tramp və Si Cinpin İran ətrafındakı vəziyyəti və Çinin Tehranla maliyyə əlaqələrini müzakirə etməyə davam edəcəklər.
Qeyd edək ki, Vaşinqton İranın Qərb maliyyə sisteminə çıxışını məhdudlaşdırmağa çalışır.