Acunun klubları tarix yazır

Acunun klubları tarix yazır

“Mançester Yunayted” üzərində qələbə ilə Premyer Liqaya başlayan Acun Ilıcalının sahibi olduğu “Hall Siti” ilk 4 turda məğlubiyyətlə üzləşməyib.

Komanda 4-cü turda səfərdə “Çelsi” ilə qarşılaşıb və görüş 2:2 hesabı ilə başa çatıb. “Stamford Bric”də 2-2 hesabı ilə yekunlaşan oyunda “Hall Siti” bu mövsüm qapısından ilk dəfə qol buraxıb. Bu nəticədən sonra “Hall Siti” ilk 4 turda 8 xal toplayaraq turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Çelsi” isə 7 xalla 4-cü sırada yer alıb.

Acun Ilıcalının sahibi olduğu “NK Maribor” klubu da Sloveniyada həm liqada, həm də kubokda məğlubiyyətsiz seriyaya malikdir. İlk doqquz həftədə yalnız bir məğlubiyyət alan “Maribor”, 5 qələbə və 4 heç-heçədən 19 xalla turnir cədvəlinin lideridir.