Nazir: Şagirdlər üçün avtobus xidmətini ictimai nəqliyyat məsələsi ilə birlikdə nəzərə almalıyıq

Nazir: Şagirdlər üçün avtobus xidmətini ictimai nəqliyyat məsələsi ilə birlikdə nəzərə almalıyıq

Şagirdlər üçün avtobus xidməti ictimai nəqliyyat məsələsi ilə birlikdə nəzərə alınmalıdır.

Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, avtobus xidmətinin təşkili ilə əlaqədar məktəblərin dərs saatlarının dəyişdirilməsi mürəkkəb məsələdir:

"Valideynlər müəyyən saatlarda uşaqlarını dərsə gətirirlər. Hazırda şagirdlər üçün avtobus xidməti ilə bağlı konkret qərar yoxdur. Lakin keçirilən monitorinqlərin nəticələri təhlil olunur və ictimaiyyətə açıqlanır".