Tramp: Livan ikihəftəlik atəşkəs razılaşmasına daxil edilməyib - YENİLƏNİB
ABŞ Prezidenti Donald Tramp aprelin 8-i Livanın ABŞ və İran arasındakı ikihəftəlik atəşkəs razılaşmasına daxil edilmədiyini bildirib.
Bu barədə o, "PBS" telekanalına telefonla müsahibəsi zamanı bildirib.
"Bu, ayrı bir toqquşmadır", - o, İsrailin Livana davam edən zərbələrini şərh edərkən bildirib.
Tramp, həmçinin qeyd edib ki, "Hizbullah" hərəkatı bu razılaşmaya daxil edilməyib.
Ağ Ev hesab edir ki, ABŞ və İran arasında atəşkəs haqqında razılaşmalar Livana aid deyil.
Kanal15.az xəbər verir ki, bu barədə ABŞ-nin "Axios" portalının və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid "X" sosial şəbəkəsində məlumat yayıb.
"Ağ Evin mətbuat katibi Kerolayn Livitt mənə bildirdi ki, Livan İranla atəşkəs haqqında razılaşmaların bir hissəsi deyil", - o qeyd edib.