Voleybol üzrə İtaliya və Almaniya yığmaları bir setdə xal rekordu müəyyənləşdiriblər

Voleybol üzrə İtaliya və Almaniya yığmaları bir setdə xal rekordu müəyyənləşdiriblər

Kişi voleybolçulardan ibarət İtaliya və Almaniya milliləri yoldaşlıq görüşündə bir setdə toplanan xal sayına görə yeni rekorda imza atıblar.Avqustun 26-da İtaliyada təşkil olunan qarşılaşma meydan sahiblərinin 3:2 (64:66, 25:22, 23:25, 25:22, 15:12) hesablı qələbəsi ilə başa çatıb.

Görüşün ilk seti 1 saat 29 dəqiqə davam edib və bu müddət ərzində komandalar 130 xal toplayıblar.

Qeyd edək ki, əvvəlki rekord Cənubi Koreyanın "Korean Air Jumbos" və "Ansan Rush & Cash" komandaları arasında baş tutmuş qarşılaşmada (56:54, 110 xal) qeydə alınıb.