Rusiya Buşehrdəki zərbələrə görə İsrailə xəbərdarlıq edib
Rusiya İsrailə Buşehrdə rusiyalı mütəxəssislərin işlədiyi ərazilərin yaxınlığında endirilən zərbələrlə bağlı həftəsonu xəbərdarlıq göndərib.
Kanal15.az “Maariv” nəşrinə istinadən məlumatına görə, səbəb İran ərazisində rusiyalı mütəxəssislərin yaşadığı rayonların yaxınlığında həyata keçirilən bir neçə zərbə olub.
Bildirilir ki, mesaj İsraildəki Rusiya nümayəndəliyi vasitəsilə çatdırılıb. Müraciətdə rusiyalı mühəndislərin və ekspertlərin işlədiyi ərazilərin yaxınlığında zərbələr endirilməsinə etiraz ifadə olunub.
Eyni zamanda bildirilir ki, məlumatda binalara və ya əmlaka birbaşa ziyan dəyməsi barədə qeyd yoxdur. Əsas diqqət zərbələrin rusiyalı mütəxəssislərin yerləşdiyi ərazilərə yaxınlığına yönəldilib.