İsraildə qalmaqal: Netanyahu’nun sözçüsü istefa verdi
Benyamin Netanyahunun sözçüsü Ziv Agmon sızdırılmış şəxsi yazışmalarla bağlı yaranan qalmaqaldan sonra vəzifəsindən istefa verib.
Kanal15.az xəbər verir ki, baş nazirin sözçüsünə aid olduğu bildirilən şəxsi mesajların ictimaiyyətə sızması geniş müzakirələrə səbəb olub. Yazışmalarda yer alan bəzi ifadələrin irqçilik məzmunlu olduğu iddia edilir ki, bu da cəmiyyətdə ciddi narazılıq doğurub.
Qalmaqalın böyüməsindən sonra Ziv Agmon açıqlama verərək vəzifəsindən ayrıldığını bildirib. O, qərarının yaranmış vəziyyət fonunda daha düzgün addım olduğunu qeyd edib.
Hadisə ölkə daxilində siyasi dairələrdə də geniş rezonans doğurub və məsələ ilə bağlı müzakirələr davam edir. Ekspertlər bu hadisənin hökumətin ictimai imicinə mənfi təsir göstərə biləcəyini vurğulayırlar.