Braziliyanın sabiq prezidenti Jair Bolsonaro reanimasiyaya yerləşdirilib
Kanal15.az xəbər verir ki,Braziliyanın sabiq prezidenti Jair Bolsonaro pnevmoniya səbəbilə paytaxt Braziliyada yerləşən xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, siyasətçidə yüksək hərarət və qanda oksigen səviyyəsinin aşağı düşməsi müşahidə olunub. Aparılan müayinələrdən sonra ona bronxopnevmoniya diaqnozu qoyulub.
Bildirilir ki, Bolsonaro hazırda həkimlərin nəzarəti altında müalicə alır və vəziyyəti diqqətlə izlənilir.
Qeyd edək ki, Jair Bolsonaro 2019–2023-cü illərdə Braziliyanın prezidenti vəzifəsini icra edib.