Rumıniya Baş naziri Moldova ilə birləşmək üçün şərt irəli sürdü
“Rumıniya və Moldovanın birləşməsi hər iki ölkənin vətəndaşlarının istəyindən asılıdır”.
Bunu Rumıniya Baş naziri Luka Nikulesku Kişinyovda “TVR Moldova” telekanalına müsahibəsində deyib.
“Məqsədimiz hazırda Rumıniya ilə Moldova, eləcə də Moldova ilə Avropa İttifaqı arasında yaxınlaşmanı gücləndirmək, körpülər qurmaq və əlaqələrimizi genişləndirməkdir. Bu suala cavabı isə ölkələrimizin vətəndaşları verəcəklər”, - o, Moldovanın Avropa İttifaqına üzvlüyü üçün iki ölkənin birləşməsinin “B planı” olub-olmadığı barədə jurnalistin sualını cavablandırarkən bildirib.
Moldova Prezidenti Maya Sandu bundan əvvəl referendum keçiriləcəyi təqdirdə, Rumıniya ilə birləşmənin lehinə səs verəcəyini açıqlayıb. Rumıniya Prezidenti Nikuşor Dan da şəxsən birləşmənin tərəfdarı olduğunu, amma Moldova vətəndaşları mövcud dövlət quruluşunu dəstəklədiyi müddətdə Rumıniyanın bu istiqamətdə heç bir addım atmayacağını bəyan edib.