Cəlilabadın bir sıra kəndlərində elektrik təsərrüfatı qış mövsümünə hazırlanır

Cəlilabadın bir sıra kəndlərində elektrik təsərrüfatı qış mövsümünə hazırlanır

“Azərişıq” ASC tərəfindən qış mövsümünə hazırlıq çərçivəsində Cəlilabad rayonunun bir sıra kəndlərində elektrik şəbəkəsinin yenilənməsi istiqamətində işlər həyata keçirilib.

Aparılan işlər çərçivəsində Təklə, Qarakazımlı, Babalı, Abazallı, Moranlı və digər kəndlərdə istismar müddətini başa vurmuş 0,4 kV-luq elektrik xətlərinin dayaqları yeni dəmir dirəklərlə əvəz edilib.

Bununla yanaşı, ümumilikdə 6000 metr uzunluğunda istismar müddətini başa vurmuş elektrik naqilləri yenilənib. Görülən işlərin əsas məqsədi elektrik təchizatının etibarlılığını artırmaq, şəbəkədə yarana biləcək nasazlıqların qarşısını almaq və abonentlərin qış aylarında fasiləsiz elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaqdır.

Mövsümi hazırlıq tədbirləri elektrik təsərrüfatının texniki vəziyyətinin yaxşılaşdırılması, enerji infrastrukturunun dayanıqlığının artırılması və xüsusilə soyuq hava şəraitində elektrik təchizatında yarana biləcək çətinliklərin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qış mövsümünə hazırlıq çərçivəsində həyata keçirilən bu cür yenilənmə işləri kənd ərazilərində elektrik şəbəkəsinin daha etibarlı fəaliyyətinə xidmət edir.

Kanal15.az — Regiondan dünyaya.