Cəlilabad şəhərindəki 1 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir olunub

Cəlilabad şəhərindəki 1 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir və yenidənqurma işlərindən sonra körpələrin ixtiyarına verilib.
Mayın 8-də keçirilən açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov və Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev iştirak ediblər.
Açılış mərasimində çıxış edən RİH başçısı Rafiq Cəlilov qeyd edib ki, bu gün ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə yüksək qayğı göstərilir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin hər yerində, o cümlədən Cəlilabad rayonunda müasir uşaq bağçaları tikilir, əsaslı təmir olunur və zəruri avadanlıqla təchiz edilərək körpə fidanların ixtiyarına verilir ki, bu da uşaqların təlim-tərbiyəsi, kiçik yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün mühüm əhəmiyyət kəsb edir.
Lənkəran-Astara Regional Təhsil idarəsinin müdiri Bəhruz Mehdiyev çıxışında körpələr evi-uşaq bağçasının əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilməsi münasibətilə kollektivi, uşaqları, valideynləri təbrik edib və uğurlar arzulayıb.
Sonra bağçanın uşaqları qonaqların qarşısında çıxış edərək vətənpərvərlik ruhlu şeirlər söyləyibər.
Mərasim iştirakçıları bağçada uşaqlar üçün yaradılmış şəraitlə tanış olublar. Məlumat verilib ki, yeni binada komplektləşdirilmiş qrup otaqları, mətbəx və yeməkxana, musiqi zalı və digər otaqlar var. Həmçinin qrup otaqları zəruri inventarlarla və mebel dəstləri ilə təchiz edilib.
Bağçanın rəhbərliyi və uşaqların valideynləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Xanım Əliyevaya və bu işdə əməyi keçənlərə minnətdarlıqlarını ifadə ediblər.
Sonda xatirə şəkli çəkilib.
What's Your Reaction?






