İran Ali Rəhbərinin müşaviri Vilayəti ABŞ-ı Bab əl-Məndəb boğazını bağlamaqla hədələyib

İran Ali Rəhbərinin müşaviri Vilayəti ABŞ-ı Bab əl-Məndəb boğazını bağlamaqla hədələyib

İran Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti ABŞ-ı Bab əl-Məndəb boğazını bağlamaqla hədələyib.

Kanal15.az xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.

O bildirib ki, “bu gün Müqavimət Cəbhəsinin vahid komandanlıq mərkəzi Bab əl-Məndəb boğazını Hörmüz boğazını gördüyü kimi görür”.

Vilayətinin sözlərinə görə, əgər Ağ Ev öz səhvlərini təkrarlasa, tezliklə başa düşəcək ki, qlobal enerji və ticarət axını bir hərəkətlə dayandırıla bilər.