İran BƏƏ limanlarına zərbə endirməyə hazırlaşdığını bildirir

İran BƏƏ limanlarına zərbə endirməyə hazırlaşdığını bildirir

İranın Xarq adasına mümkün hücuma cavab olaraq Birləşmiş Ərəb Əmirliklərinin limanlarına zərbələr endirməyə hazırlaşdığı bildirilir.

Kanal15.az-ın məlumatına görə, İran tərəfi bölgədə gərginliyin artdığını qeyd edərək bəzi ərazilərdə yaşayan insanları təxliyə olunmağa çağırıb.

Rəsmi mənbələr bildirir ki, bu addım İranın Xarq adasına qarşı ehtimal olunan hücuma cavab tədbiri kimi nəzərdən keçirilir. Qeyd olunur ki, vəziyyətlə bağlı təhlükəsizlik strukturları yüksək hazırlıq vəziyyətinə gətirilib.

Hazırda məsələ ilə bağlı tərəflərdən əlavə rəsmi açıqlamalar gözlənilir.