Cəlilabadda İcra hakimiyyətinə tabe olan bu idarənin 117 min manat vergi borcu var

Dövlət büdcəsindən daxilolmaları qanunsuz xərcləyən və dövlət qarşısında olan öhdəliklərini ödəməyən təşkilatların araşdırması və oxuculara təqdim olunması saytımız tərəfindən davam etdirilir.
Kanal15.az xəbər verir ki, CƏLİLABAD KOMMUNAL MÜƏSSİSƏLƏRİ KOMBİNATI Cəlilabad rayon İcra hakimiyyətinə tabe olan qurumdur və nizamnamə kapitalı 18.077 manatdır.
Təşkilatın rəhbəri İSGƏNDƏROV İSLAM QURBANƏLİ oğludur.
Rayonda tender pozuculuğunda yaxından iştirak edən bu təşkilatın dövlət büdcəsinə nə az nə çox 117.000 (yüz on yeddi min) manat vergi borcu var. İllərdir vergi öhdəliklərini yerinə yetirməyən bu təşkilata rəhbər şəxslər Cəlilabad rayon İcra hakimiyyəti başçısı tərəfindən təyin olunur.
Həmçinin başçıya tabe olan digər bir qurum Mənzil İstismar İdarəsinin 16.935 (on altı min doqquz yüz otuz beş) manat dövlət büdcəsinə vergi borcu var. Bu və digər idarələr haqqında növbəti yazımızda.
Sonda cənab başçıdan xahiş edirik ilk öncə özünə tabe olan qurumların dövlətə olan borclarının ödənilməsini təmin etsin, daha sonra Bələdiyyələr qarşısında 100 manata görə kəndliləri məhkəməyə verin tələbi qoysun.
What's Your Reaction?






