Cəlilabadda avtoxuliqanlıq edən sürücü həbs edilib
Cəlilabadda avtoxuliqanlıq edən şəxs saxlanılıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, "Mercedes" markalı avtomobilin sürücüsü, Cəlilabad rayon sakini İ.Səfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaratmaqla avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə təqdim olunub.
Məhkəmənin qərarı ilə sürücü İ.Səfərov 15 sutka inzibati qaydada həbs edilib.
What's Your Reaction?