Cəlilabadda bu küçənin ''yama''ların peykdən görmək olur ama başçı görmür -Video

May 6, 2025 - 14:56
May 6, 2025 - 15:11
 0  531
Cəlilabadda bu küçənin ''yama''ların peykdən görmək olur ama başçı görmür -Video

Cəlilabad rayonunda uzun illərdir yol infrastrukturunun inkişafı gözlənilən vacib məsələlərdəndir.

2021-ci ildə Cəlilabadın icra başçısı Namiq Zeynalov həbs olunandan sonra yeni gələn Rafiq Cəlilovun daha çox işlər görəcəyinə inanılırdı.

Lakin Rafiq Cəlilov da Sələfinin yolun getmək niyyətindədir.

Bu günkü mövzumuz Cəlilabadın bərbad yollardır.

İlk olaraq rayonun ən böyük 2-ci küçəsi olan Azərbaycan küçəsi ilə ən böyük 3-cü küçəsi olan Mehdi Hüseyn küçəsini birləşdirən həmçinin Rayon Xəstəxanasına gedən yoldan söhbət açmaq istəyirik.

İllərdir sakinlərin və sürücülərin kabusuna çevrilən bu yolun təmiri dəfələrlə dövlət hesabına təmir olunması üçün tenderə daxil edilsə də təmiri baş tutmayıb.

Gün ərzində 1000 dən çox maşının istifadə etdiyi bu yolun üzrində çala-çuxurlar o qədər böyük ölçüdədir ki hətta peyk şəkillərindən belə aydın görünür.

Cəlilabadın yolları ilə bağlı video materialı saytımızın YouTube kanalından izləyə bilərsiniz.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow