Cəlilabadda avtomobil qəzası olub, sürücü ölü
Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Cəlilabad-Soltankənd avtomobil yolunda qeydə alınıb.
İlkin məlumata görə, Cəlilabad şəhər sakini, 1973-cü il təvəllüdlü Sakit Abdinov idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olan zaman qəfil halı pisləşib. Daha sonra avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində sürücü ölüb.
Faktla bağlı araşdırma aparılır.