Cəlilabad toyda döyülən şəxs bir neçə gün sonra ölüb

Jun 5, 2025 - 20:19
Jun 5, 2025 - 21:29
 0  484
Cəlilabad toyda döyülən şəxs bir neçə gün sonra ölüb

Cəlilabad rayonunun Həziabad kəndində toy mərasimində baş verən dava ölümə səbəb olub.

1984-cü il təvəllüdlü Qənbər Xudaverdi oğlu Yusubov toy mərasimində həmkəndlisi olan iki qardaş tərəfindən döyülüb.

Daha sonra Q.Yusubov xəstəxanaya aparılıb. Lakin işləri ilə əlaqədar olaraq xəstəxanada qalmaqdan imtina edib və evinə qayıdıb. Bu gün onun səhhəti getdikcə pisləşib.

O, yenidən xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma zamanı məlum olub ki, Q.Yusubov Mayın 28-də Masallı rayonu ərazisində baş verən mübahisə zamanı  həmkəndlisi – 22 yaşlı Babək Şahmarov tərəfindən döyülərək xəsarət alıb.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə B.Şahmarov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow