Cəlilabadda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib

Cəlilabadda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Aparılan növbəti profilaktiki tədbirlər nəticəsində 10 nəfər rayon sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir
What's Your Reaction?






