Qazaxda avtomobil divara çırpılıb, ölənlər var

Qazax rayonunda ağır yol qəzası baş verib.
Hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb.
Belə ki, "BMW" markalı avtomobilin idarəetmədən çıxaraq divara çırpılması nəticəsində 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev aldıqları ağır xəsarətdən dünyasını dəyişiblər.
Faktla bağlı araşdırma aparılır.
What's Your Reaction?






