Cəlilabadda heyvanlar çörəkdən zəhərlənərək tələf olub

Cəlilabadda otlaq sahəsinə nəzarətsiz şəkildə tökülmüş, vaxtı keçmiş çörək qalıqları həm təsərrüfata, həm də ətraf mühitə ciddi təhlükə yaradır.
Kanal15.az xəbər verir ki, Cəlilabad rayon Uzuntəpə kənd ərazisində otlaq sahəsinə tökülmüş çörək qalıqları heyvanların ölümünə səbəb olub.
Belə ki, Kənd sakini Vüqar Hüseynova məxsus heyvanlar otlaq sahəsinə tökülmüş çörəkləri yedikdən sonra zəhərlənərək ölüblər.
Ümümilikdə vətəndaşa 6000 manatdan çox ziyan dəyib.
Bu məsələ həmdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini narahat etməlidir ki bir neçə gün qalandan sonra heyvanı öldürən çörək qalıqları insanlara hansı ziyanı vura bilər?
Mövzunu davam etdirəcəyik..
Hamid Babaşov
What's Your Reaction?






