Cəfər Pənahi 5 il azadlıqdan məhrum edildi

Cəfər Pənahi 5 il azadlıqdan məhrum edildi

İran məhkəməsi rejissor Cəfər Pənahini 5 il müddətinə azadlıqdan məhrum edib və əmlakının müsadirə olunması barədə qərar çıxarıb.

Bu barədə İran mediası məlumat yayıb.

Pənahi cəza barədə bank hesabları bloklandıqdan sonra xəbər tutub. Rejissorun vəkili Mustafa Nili bildirib ki, hökm Pənahi xaricdə olduğu müddətdə çıxarılıb. Ona qarşı irəli sürülən ittihamların təfərrüatları açıqlanmayıb.

Pənahi 2025-ci ilin mayında Kann Film Festivalında “Sadəcə təsadüf” filmini təqdim etmək üçün İranı tərk etmişdi. Film festivalın baş mükafatı olan “Qızıl palma”ya layiq görülüb. Rejissor 2026-cı ilin mart ayının sonunda İrana qayıdıb.