Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb
Bu ilin yanvar-iyul aylarında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmi-bərələri ilə ümumilikdə 623 min 682 ton TIR və avtotexnika daşınıb.
2026-cı ilin iyulunda isə bərələrlə 108 min 649 ton TIR və avtotexnika daşınıb. Bu, ötən ilin iyulu ilə müqayisədə 30 min 350 tonluq və ya 39 %-lik artım deməkdir
TIR və avtotexnika daşımaları ədədlə ifadədə də artım göstərib. Cari ilin iyulunda bərələrlə 4 282 ədəd TIR və avtotexnika daşınıb. 2025-ci ilin iyulunda isə bu rəqəm 3 125 ədəd təşkil edib. Beləliklə, iyul ayında daşımalarda 37 faiz artım qeydə alınıb.
TIR və avtotexnika daşımaları sözügedən müddətdə ədədlə ifadədə də yüksəlib. Hesabat dövründə bərələrlə 23 min 824 ədəd TIR və avtotexnika daşınıb. 2025-ci ilin yanvar-iyul aylarında isə bu rəqəm 22 min 395 ədəd olub. Beləliklə, 7 ay ərzində daşımalar 6 % artıb.