Azərişıq ASC-də “1 manatlıq nəzir” mübahisəsi: Abonentlər narazıdır

Azərişıq ASC-də “1 manatlıq nəzir” mübahisəsi: Abonentlər narazıdır

Son günlər ətrafında yeni narazılıq dalğası formalaşmaqdadır. Sosial şəbəkələrdə və vətəndaşlar arasında yayılan iddialara görə, elektrik sayğaclarına yüklənən məbləğ ilə faktiki görünən balans arasında fərqlər müşahidə olunur.

Belə ki, bir çox abonent bildirir ki, karta 10 manat vəsait yüklədikləri halda sayğacda cəmi 7 manat qalır. İlk baxışda texniki səhv kimi qiymətləndirilən bu halın bir neçə nəfərdə təkrarlanması artıq suallar doğurur.

Məsələ təkcə bununla da bitmir. Uzun müddətdir ki, abonentlər hər ay hesabdan tutulduğu deyilən 1 manatlıq əlavə ödənişi “nəzir” kimi ironik şəkildə ifadə edirlər. Vətəndaşlar bildirir ki, bu vəsaitin hansı xidmətə görə tutulduğu, ümumiyyətlə rəsmi əsasının nə olduğu barədə onlara aydın və açıq məlumat verilmir.

Yaranan əsas suallar isə bunlardır:

Yüklənən məbləğlə sayğacda görünən balans arasındakı fərqin səbəbi nədir?

Tutulan əlavə vəsait hansı xidmət haqqına aiddir?

Niyə bu barədə abonentlərə əvvəlcədən və şəffaf şəkildə məlumat verilmir?

Mütəxəssislər bildirirlər ki, belə hallarda texniki xidmət haqları, borc qalıqları və ya sayğac balansında əvvəlki öhdəliklər çıxıla bilər. Lakin bu halda belə, abonentə aydın və detallı hesabat təqdim olunmalıdır.

Mövzu ilə bağlı tərəfindən rəsmi açıqlama verilməsi gözlənilir. Şəffaflığın təmin olunması və vətəndaşların maarifləndirilməsi bu kimi narazılıqların aradan qaldırılması üçün əsas şərt hesab olunur.

Kanal15.az olaraq məsələni diqqətdə saxlayacaq və rəsmi mövqeni oxuculara təqdim edəcəyik.