Yaponiya Rusiyadan neft daşıyan tanker qəbul edib
Yaponiya Rusiyadan neft daşıyan tanker qəbul edib
Voyager tankeri Yaxın Şərq ölkələrindən enerji resurslarının tədarükündə yaranan fasilələr fonunda Rusiya mənşəli neft partiyasını Yaponiyaya çatdırıb.
Məlumata görə, tanker Yaponiyanın ENEOS şirkətinə məxsus terminala, Kiire limanına yan alıb. Bildirilir ki, may ayının əvvəlində Voyager tankeri Yaponiyanın Taiyo Oil və Idemitsu Kosan şirkətləri üçün Saxalin mənşəli neft partiyası daşıyıb.
Qeyd olunur ki, Voyager tankeri təxminən 800 min barel neft daşıma qabiliyyətinə malikdir.