Yaponiya Hürmüz boğazında təhlükəsizlik tələb etdi
Yaponiyanın Baş naziri Sanae Takaichi İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
Məlumata görə, tərəflər ABŞ–İran münasibətləri ətrafında yaranmış vəziyyəti və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Yaponiya hökumətinin başçısı gərginliyin azaldılması və münaqişənin diplomatik yollarla həlli üçün maksimum çevikliyin göstərilməsinin vacibliyini vurğulayıb. O, həmçinin Hörmüz boğazı vasitəsilə beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına çağırıb.
Kanal15.az