Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Mar 22, 2025 - 08:43
 0  156
Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə köhnə Ələt – Astara avtomobil yolunun rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, rayonun Qardili kənd sakini 1984-cü il təvəllüdlü Mədətov Elnur Mail oğlu yolu keçən zaman avtomobil vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow