İmişlidə 82 yaşlı qadın su kanalında boğularaq ölüb

İmişli rayonunda bədbəxt hadisə baş verib.
Hadisə rayon ərazisindən keçən su kanalında qeydə alınıb.
Belə ki, İmişli şəhər sakini, 1943-ci il təvəllüdlü Məstan Vəliyeva evlərinin yaxınlığından keçən su kanalına düşərək boğulub.
Onun meyiti batdığı yerin yaxınlığında tapılıb.
Faktla bağlı araşdırma aparılır.
What's Your Reaction?






