Salyanda 85 yaşlı itkin şəxsin meyiti kollektordan tapıldı

Salyanda 85 yaşlı itkin şəxsin meyiti kollektordan tapıldı

Salyan rayonunda bu il yanvarın 31-dən itkin düşən şəxsin meyiti aşkarlanıb.

Kanal15.az xəbər verir ki, meyit Salyan–Neftçala yolu yaxınlığında, rayonun Kürqaraqaşlı kəndi ərazisində yerləşən kollektordan tapılıb.

Aparılan ilkin araşdırmalar zamanı meyitin Salyan şəhər sakini, 85 yaşlı Rafael Nəsirova məxsus olduğu müəyyən edilib. İlkin ehtimallara görə, o, kollektora düşərək boğulub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.