Sabah bu ərazilərdə qaz olmayacaq

Apr 30, 2025 - 20:09
 0  127
Sabah bu ərazilərdə qaz olmayacaq

Sabunçu rayonunda görüləcək təmir işləri ilə əlaqədar sabah saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq. 

Bu barədə “Azəriqaz” İB-dən bildirilib.

Məlumata görə, Sabunçu rayonunun Ramana Südçülük Sovxozunun, E.Məhərrəmov küçəsinin, Sosial evlərin, Maştağa qəsəbəsi Daş karxanasının, Ramana qəsəbəsinin, Sabunçu qəsəbəsinin, Yeni Ramana, Bünyadzadə, Tağıyev, Deputat, Yeni Zaman küçələrinin, Bakıxanov qəsəbəsinin M.Fətəliyev, Sülh, E.Xəlilov, S.Cabbarov, Ş.Kamilov, Hacınski küçələrinin və Suraxanı rayonu ərazisində Deputatiski küçəsinin, Ramana 2-ci sahənin, Şuşa qaçqın şəhərciyinin, Ramana qəsəbəsinin C.Cabbarlı, Ə.Haqverdiyev, V.Vəliyev, H.Zərdabi, 9-cu Mədən küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow