"Barselona" "Real"a qalib gəldi, kuboku qazandı

Apr 27, 2025 - 05:40
 0  36
"Barselona" "Real"a qalib gəldi, kuboku qazandı

Bu gecə İspaniya kuboku uğrunda final oyunu keçirilib.

Həlledici qarşılaşmada əzəli rəqiblər “Barselona” ilə “Real” üz-üzə gəlib. Sevilyadakı Olimpiya stadionunda təşkil oluna matç Kataloniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Barselona" İspaniya kubokuna sahib çıxıb.

Qeyd edək ki, oyundan əvvəl “Real”ın son vaxtlar davamlı hakim qərarlarından narazı qalması səbəbindən bu görüşə çıxmayacağı barədə məlumatlar yayılıb. Lakin Madrid təmsilçisi bəyanat yayaraq həmin xəbərləri təkzib edib.

İspaniya kuboku, final

"Barselona" - "Real" - 3:2

Qollar: Pedri, 28, Torres, 84, Kunde, 116 - Mbappe, 70, Tçaumeni, 77

Qırmızı vərəqə: Rüdiger, 120+3 ("Real")

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow