"Barselona" - "İnter" matçında 6 qol vuruldu

May 1, 2025 - 06:07
 0  21
"Barselona" - "İnter" matçında 6 qol vuruldu

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları başa çatıb.

"Barselona" Kataloniyada "İnter"i qəbul edib. Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşmada qapılara 6 qol vurulub - 3:3.

Bu komandalar arasında cavab matçı mayın 6-da keçiriləcək.

Qeyd edək ki, yarımfinalın ilk oyunları çərçivəsində ötən gecə PSJ "Arsenal"a qalib gəlib - 1:0.

UEFA Çempionlar Liqası

Yarımfinal, ilk oyunlar

30 aprel

23:00. "Barselona" (İspaniya) - "İnter" (İtaliya) - 3:3

Qollar: Yamal, 24. F.Torres, 38. Zommer, 65-avtoqol – M.Türam, 1. Dumfris, 21; 64.

29 aprel

“Arsenal” (İngiltərə) - PSJ (Fransa) - 0:1

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow