Rütte: NATO müdafiə investisiyaları sahəsində əhəmiyyətli irəliləyişə nail olub

Rütte: NATO müdafiə investisiyaları sahəsində əhəmiyyətli irəliləyişə nail olub

Kanal15.az xəbər verir ki,Çin, İran, Şimali Koreya və Belarusun dəstəklədiyi Rusiya Federasiyasının Ukraynaya qarşı davam edən təcavüzü və 2025-ci il üçün təhdidlərin ümumi qiymətləndirilməsi NATO-nun müdafiəsinin daha da gücləndirilməsi zərurətini açıq şəkildə göstərdi.

"Biz müdafiə investisiyaları sahəsində əhəmiyyətli irəliləyiş əldə etmişik və bu gün NATO həmişə olduğundan daha güclüdür. 2025-ci ildə bütün alyans ölkələri ilk dəfə olaraq 2014-cü ildə razılaşdırılmış hədəfə - müdafiəyə öz ÜDM-lərinin ən azı 2 %-i qədər sərmayə qoymaq hədəfinə çatdılar. Bir çoxları isə daha da irəli getdi", - o vurğulayıb.

İspaniyanın alyansın son sammitinin qərarını dəstəkləməkdən imtina etməsi ilə bağlı sualı cavablandırarkən Rütte Madridin əldə etdiyi nəticələri alqışladığını bildirib. Əgər əvvəllər İspaniyanın müdafiə xərcləri ÜDM-in təxminən 1,4 %-i səviyyəsində idisə, 2025-ci ildə bu rəqəm 2 %-ə çatdırılıb. Rüttenin sözlərinə görə, bir neçə Aİ ölkəsinin birlikdə götürülmüş iqtisadiyyatından daha böyük olan ölkə iqtisadiyyatının həcmi nəzərə alındıqda bu, "milyardlarla və milyardlarla" avro deməkdir. "Odur ki, baxarıq", - baş katib bildirib.

Xatırladaq ki, İspaniyanın Baş naziri Pedro Sançes daha əvvəl NATO ölkələrinin müdafiə xərclərinin ÜDM-in 5 %-nə qədər artırılmasına qarşı çıxış etmişdi. İspaniya hökumətinin başçısı Avropanın 2035-ci ilə qədər "təpədən dırnağa qədər silahlanmış" vəziyyətdə olmaması, əksinə, beynəlxalq hüququn qarantına çevrilməsi istiqamətində işləməyə çağırıb.