Ronaldonun oğlu da atasının yolu ilə gedir
Kriştianu Ronaldonun oğlu Kriştianu Junior “Real Madrid”də oynaya bilər. 15 yaşlı futbolçu hazırda klub akademiyasında baxışdadır və artıq U-16 komandasının məşqində iştirak edib.
Kanal15.az xəbər verir ki,məşqçilər heyəti razı qalarsa, onunla müqavilə imzalanacaq. Qeyd edək ki, o hazırda “Əl-Nəsr”in gənclər komandasında çıxış edir. Atası Kriştianu Ronaldo isə 2009–2018-ci illərdə “Real Madrid”də oynayıb və 311 qolla klub tarixinin ən yaxşı bombardiridir.