Rodri “Real Madrid”i yox, “Barselona”nı seçə bilər

Rodri “Real Madrid”i yox, “Barselona”nı seçə bilər

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Rodrinin gələcəyi ilə bağlı yeni iddia ortaya atılıb.

Kanal15.az “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Real Madrid”ə yox, “Barselona”ya keçməyə daha yaxındır.

İddiaya görə, Rodrinin “Real Madrid”lə bağlı qərarını gecikdirməsinin əsas səbəbi “Barselona” variantını dəyərləndirməsidir. Futbolçunun Kataloniya klubunu seçmək ehtimalı yüksək olduğu bildirilir.

Madrid təmsilçisi yaxın günlərdə 30 yaşlı ispaniyalı futbolçu üçün son rəsmi təklifini təqdim edəcək. “Mançester Siti” Rodrinin transferi üçün 60-65 milyon avro tələb edir.

Qeyd edək ki, Rodri 2024-cü ildə “Qızıl top” mükafatına layiq görülüb. İspaniyalı yarımmüdafiəçinin İngiltərənin “Mançester Siti” klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.