Cəlilabadda ağır qəza, 1 nəfər ölüb

Cəlilabad rayonunda iki minik avtomobili toqquşub.
Kanal15.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı "BMW" markalı minik avtomobili ilə Sabir Niftiyevin idarə etdiyi "VAZ 21011" markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində "VAZ 2101" markalı minik avtomobilinin sürücüsü Sabir Niftəliyev xəsarət alıb, avtomobildəki sərnişin, 1961-ci il təvəllüdlü Gülsüm Abdullayeva isə dünyasını dəyişib.
TƏBİB-dən isə bildirilib ki, martın 27-də saat 12:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1953-cü il təvəllüdlü (kişi) şəxsə(red. Sabir Niftəliyev) sağ döş qəfəsinin küt travması, sağ diz oynağının sınıqları və çıxıqlar, sağ saidin və əlin arxa səthinin cırılmış yaraları, 1998-ci il təvəllüdlü (kişi) şəxsə(red. Vüsal Abdullayev) sol bazunun küt travması, sıyrılmış yaraları diaqnozu təyin edilib.
Hazırda hər iki şəxsin vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.
Bir nəfərin xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.
Əlavə edək ki, qəza nəticəsində dünyasını dəyişən G.Abdullayevə V.Abdullayevin anası, S.Niftəliyevin isə həyat yoldaşıdır.
Faktla bağlı araşdırma aparılır.
What's Your Reaction?






