Qalibaf: İran ABŞ qoşunlarının dislokasiya yerlərini diqqətlə izləyir

Qalibaf: İran ABŞ qoşunlarının dislokasiya yerlərini diqqətlə izləyir

İran Yaxın Şərq regionunda ABŞ qoşunlarının yerdəyişməsini diqqətlə izləyir.

Kanal15.az xəbər verir ki, bu barədə İranın parlament sədri Məhəmməd Baqer Qalibaf "X" sosial şəbəkəsində bildirib.

"Biz ABŞ-nin regiondakı bütün yerdəyişmələrini, xüsusilə də qoşunların dislokasiya yerlərini diqqətlə izləyirik. Torpağımızı qorumaq əzmimizi sınağa çəkməyin", - o yazıb.