Qalibaf: ABŞ gizli şəkildə İrana quru hücumu planlaşdırır

Qalibaf: ABŞ gizli şəkildə İrana quru hücumu planlaşdırır

İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf ABŞ-ın İrana qarşı mümkün planları ilə bağlı diqqətçəkən açıqlama verib.

Kanal15.az xəbər verir ki, Qalibaf bildirib ki, ABŞ öz istəklərini 15 bənddən ibarət siyahı şəklində təqdim edib və müharibədə əldə edə bilmədiklərinə nail olmağa çalışır.

Onun sözlərinə görə, rəsmi Vaşinqton bir tərəfdən danışıqlar barədə açıq siqnallar göndərsə də, digər tərəfdən gizli şəkildə İrana qarşı quru hücumu planlaşdırır.

Qalibaf əlavə edib ki, İran istənilən mümkün quru hücumunu dəf etməyə tam hazırdır.