Milli Məclisdən mühüm qərar: Cinayət işlərində 10 günlük limit ləğv edildi!

Milli Məclisdən mühüm qərar: Cinayət işlərində 10 günlük limit ləğv edildi!

Azərbaycanda böyük ictimai təhlükə kəsb etməyən və aşkarcasına törədilən cinayətlərin araşdırılması qaydaları köklü şəkildə yenilənir.

Kanal15.az yazır ki, Parlamentin son plenar iclasında qəbul edilən yeni qanun dəyişikliyinə əsasən, bu növ işlər üzrə məhkəməyə qədər aparılan sadələşdirilmiş icraat müddəti 10 gündən 30 günə qaldırılıb. Bu addım hüquq-mühafizə orqanlarına hadisələri tələsmədən, daha dərindən araşdırmaq və lazımi sübutları tam toplamaq imkanı yaradacaq.

Eyni zamanda, qanunvericilikdəki "şikayət" ifadəsi daha geniş məna kəsb edən "məlumat" sözü ilə əvəzlənib, çünki vətəndaşların əsas məqsədi çox vaxt rəsmi şikayətdən ziyada, sadəcə baş vermiş hadisə barədə dövlət orqanlarını xəbərdar etmək olur. Yeni qaydalar həmçinin şirkətlərin və hüquqi şəxslərin də cinayət faktları barədə rəsmi məlumat vermək hüquqlarını genişləndirir, prokuror nəzarəti və qərarların qəbulu müddətlərini daha effektiv formaya salır. Üçüncü oxunuşda bəyənilən layihə artıq rəsmən təsdiqlənib.