Mark Karni: Kanada Rusiyaya qarşı sanksiyaların saxlanılmasını dəstəkləyir

Mark Karni: Kanada Rusiyaya qarşı sanksiyaların saxlanılmasını dəstəkləyir

Kanadanın baş naziri Mark Karni ABŞ-nin Rusiya neftinə qarşı tətbiq etdiyi sanksiyaları yumşaltmaq planlarını tənqid edən Avropa liderlərinə qoşulub. Bu barədə “Politico” nəşri məlumat yayıb.

Kanal15.az xəbər verir ki, Karni Norveçə səfəri zamanı jurnalistlərə açıqlamasında Kanadanın mövqeyinin dəyişməz olduğunu bildirib.

“Kanadanın mövqeyi Rusiyaya qarşı sanksiyaların saxlanılmasından ibarətdir”, — deyə baş nazir vurğulayıb.

Onun sözlərinə görə, Moskvanın Ukraynaya qarşı hərbi əməliyyatları davam etdiyi müddətdə beynəlxalq təzyiq mexanizmlərinin zəiflədilməsi doğru addım deyil.

Qeyd edək ki, son vaxtlar bəzi Qərb ölkələrində Rusiya neftinə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması ehtimalı ilə bağlı müzakirələr aparılır.