"Kapital Bank"ın adi səhmdarlarının sayı azalıb
Bu il iyulun 1-nə "Kapital Bank" ASC-nin 193 adi və 77 imtiyazlı səhmdarı olub.
Sənədə əsasən, bu ilin I yarısında "Kapital Bank"ın adi səhmdarlarının sayı 2 vahid və yaxud 1 % azalıb, imtiyazlı səhmdarlarının sayı isə dəyişməyib.
Adi səhmdarların sayında azalma səhm sahibi olan fiziki şəxslərin sayının 2 nəfər və yaxud 1 % azalaraq 191-ə düşməsi, hüquqi şəxslərin sayının isə dəyişməyərək 2 qalması bağlıdır. İmtiyazlı səhmlər isə bu il yanvarın 1-nə olduğu kimi 71 fiziki və 6 hüquqi şəxsə məxsusdur.
Xatırladaq ki, "Kapital Bank" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı "Bir Ekosistem" MMC-dir.