İranla müharibə bitdi? - Trampdan açıqlama
ABŞ Prezidenti Donald Tramp Konqresə göndərdiyi məktubda İrana qarşı hərbi əməliyyatların başa çatdığını bəyan edib.
Kanal15.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Məlumata görə, Tramp Nümayəndələr Palatasının spikeri Mayk Conson və Senatın müvəqqəti prezidenti Çak Qrasliyə ünvanladığı məktubda yazıb: “28 fevral 2026-cı ildə başlayan hərbi əməliyyatlar başa çatdı”.
Eyni zamanda, Tramp qeyd edib ki, ABŞ hərbi əməliyyatının uğuruna baxmayaraq, İran hələ də ölkə üçün ciddi təhlükə olaraq qalır.