İran: “Ukrayna İsrailə dəstəyə görə qanuni hədəfə çevrilə bilər”

İran: “Ukrayna İsrailə dəstəyə görə qanuni hədəfə çevrilə bilər”

Kanal15.az xəbər verir ki,İran Ukraynanın bütün ərazisini İsrailə verdiyi dəstəyə görə potensial hücum hədəfi hesab edir. Bu barədə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri İbrahim Əzizi açıqlama verib.

Əzizinin sözlərinə görə, Ukraynanın pilotsuz uçuş aparatları vasitəsilə İsrailə dəstək göstərməsi ölkəni faktiki olaraq münaqişəyə cəlb edir. O bildirib ki, bu addımlar beynəlxalq hüquq çərçivəsində qiymətləndirilə bilər.

“Ukrayna pilotsuz uçuş aparatları ilə İsrailə yardım göstərməklə müharibəyə faktiki şəkildə daxil olur. Bu isə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə əsasən İran üçün Ukrayna ərazisini qanuni hədəfə çevirə bilər”, – deyə Əzizi qeyd edib.

Komissiya rəhbəri vurğulayıb ki, Tehran öz təhlükəsizliyinə qarşı yönəlmiş addımlara cavab vermək hüququnu özündə saxlayır.

Qeyd edək ki, BMT Nizamnaməsinin 51-ci maddəsi dövlətlərin özünümüdafiə hüququnu tanıyır. Maddəyə əsasən, hər hansı ölkə silahlı hücuma məruz qaldıqda özünü müdafiə etmək üçün tədbirlər görə bilər.