İran Hörmüz boğazında gəmilərin hərəkətinə nəzarət etməyə hazır olduğunu bildirib
Kanal15.az saytının məlumatına görə, İran rəsmiləri bildiriblər ki, Tehran rəqiblərini təslim olmağa məcbur etmək üçün istənilən üsula, o cümlədən Hörmüz boğazında gəmilərin hərəkətinə nəzarət tədbirlərinə əl ata bilər. Bunu İran Silahlı Qüvvələrinin mərkəzi qərargahı olan “Xatəm əl-Ənbiyə”nin nümayəndəsi deyib.
“İran Silahlı Qüvvələri ölkənin bütün geosiyasi imkanlarından istifadə etməkdə qətiyyətlidir. Bu imkanlara strateji əhəmiyyətə malik Hörmüz boğazından keçən hərəkətin idarə olunması və nəzarət də daxildir. Məqsəd aqressorları tabe olmağa məcbur etməkdir”. - deyə qərargahın adı açıqlanmayan nümayəndəsinin sözlərini İranın Al Alam telekanalı sitat gətirib.