İran ABŞ-ın kəşfiyyat təyyarəsini vurduğunu iddia edir
İran tərəfi ABŞ-a məxsus “E-3 Sentry” erkən xəbərdarlıq və kəşfiyyat təyyarəsinin vurulduğunu iddia edib.
Kanal15.az xəbər verir ki, hadisə ilə bağlı rəsmi mənbələr hələlik geniş məlumat açıqlamayıb. İran tərəfindən yayılan məlumatda təyyarənin hansı ərazidə vurulduğu və hadisənin detalları barədə konkret açıqlama verilməyib.
Qeyd edək ki, “E-3 Sentry” ABŞ Hərbi Hava Qüvvələrinə məxsus uzaqmənzilli radar və kəşfiyyat funksiyalarını yerinə yetirən xüsusi təyyarədir.
Məsələ ilə bağlı ABŞ tərəfindən hələlik rəsmi təsdiq və ya təkzib verilməyib. Hadisənin təfərrüatları araşdırılır.