İngiltərə Premyer Liqasında yeni rekord qırıldı
"Arsenal"ın yarımmüdafiəçisi Maks Doumen İngiltərə Premyer Liqasının 30-cu turunda "Everton"la (2:0) oyunda fərqlənərək turnirin tarixində qol vuran ən gənc futbolçu olub.
Kanal15.az xəbər verir ki, o, qolu vurarkən 16 yaş 73 günlük olub.
Bununla da 2005-ci ildə "Everton"un heyətində 16 yaş 270 günlüyündə qol vuran Ceyms Vonun rekordunu yeniləyib.
Qeyd edək ki, bu qələbədən sonra "Arsenal" 70 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.