Düşüncədən dəyişməyə – İmişlidə psixoloji maarifləndirmə və qadın sahibkarlığı mövzusunda görüş
İqtisadi İnkişaf və Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə İmişlidə psixologiya, şəxsi inkişaf, sosial rifah və qadın sahibkarlığının inkişafı mövzularını əhatə edən maarifləndirici görüş keçirildi.
Kanal15.az xəbər verir ki,Görüş Mərkəzin sədr müavini Fidan İsgəndərin təqdimatında baş tutdu.
Tədbir çərçivəsində özünü tanıma, düşüncə və davranış modelləri, emosional intellekt, stressin idarə olunması, özünəinam və sağlam sosial münasibətlərin qurulması kimi psixoloji mövzular müzakirə edildi.
Bununla yanaşı, qadınların sahibkarlıq mühitində iştirakı, biznes təşəbbüslərinin reallaşdırılması, iqtisadi müstəqillik, qərarvermə bacarıqları və sahibkarlıq fəaliyyətində qarşıya çıxan psixoloji və sosial maneələr ətrafında fikir mübadiləsi aparıldı.
Görüş interaktiv müzakirələr və praktiki yanaşmalarla iştirakçılara həm şəxsi inkişaf, həm də iqtisadi fəallıq baxımından yeni perspektivlər qazandırdı.
İnanırıq ki, qadınların bilik və bacarıqlarının inkişafı, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və psixoloji dayanıqlılığının gücləndirilməsi regionların sosial-iqtisadi inkişafına mühüm töhfə verir.
Güclü cəmiyyət öz potensialını reallaşdıran, iqtisadi və sosial həyatda fəal iştirak edən fərdlərlə formalaşır.