Cəlilabadda ilk dəfə Kitab Sərgisi keçiriləcək

Cəlilabadda ilk dəfə Kitab Sərgisi keçiriləcək

Cəlilabad rayonunda ilk dəfə olaraq böyük kitab bayramı – I Cəlilabad Kitab Sərgisi təşkil olunacaq.

5-7 iyun 2026-cı il tarixlərində Heydər Əliyev Seyrəngahında keçiriləcək sərgi hər gün saat 10:00-dan 19:00-dək ziyarətçilərin üzünə açıq olacaq.

Tədbir çərçivəsində ölkənin tanınmış şair və yazıçıları oxucularla görüşəcək, imza saatlarında iştirak edərək kitablarını imzalayacaq, oxucuların suallarını cavablandıracaqlar. Kitabsevərlər sevdikləri müəlliflərlə birbaşa ünsiyyət qurmaq və xatirə şəkilləri çəkdirmək imkanı əldə edəcəklər.

Sərgidə müxtəlif nəşriyyatların və kitab evlərinin stendləri fəaliyyət göstərəcək, ziyarətçilərə geniş kitab seçimi təqdim olunacaq.

Təşkilatçılar bütün rayon sakinlərini, müəllimləri, şagirdləri, tələbələri və kitabsevərləri bu əlamətdar mədəniyyət tədbirində iştirak etməyə dəvət edirlər.

 Tarix: 5-7 iyun 2026

 Saat: 10:00 - 19:00

 Məkan: Heydər Əliyev Seyrəngahı

Kitabın, mütaliənin və maarifçiliyin bayramına siz də qoşulun!

 Kanal15.az.