Cəlilabadda ağır yol-nəqliyyatı hadisəsi: toya gedən ailə qəzaya düşdü

Cəlilabadda ağır yol-nəqliyyatı hadisəsi: toya gedən ailə qəzaya düşdü

Cəlilabad rayonunda ağır yol-nəqliyyatı hadisəsi baş verib.

İlkin məlumata görə, toy mərasiminə gedən ailənin avtomobili hərəkət zamanı idarəetmədən çıxaraq qəza törədib. Hadisə nəticəsində ana həyatını itirib, uşaqlar isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Onların vəziyyəti həkim nəzarətindədir.

Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.